Gündəm

Xalq artisti Nəzakət Teymurova koronavirusa yoluxdu

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti, prezident mükafatçısı Nəzakət Teymurova koronavirus infeksiyasına yoluxub.

Analoq.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, xanəndənin vəziyyəti ağırdır:

“Ondan koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım. Axı Nəzakət Teymurova çox ehtiyatlı idi. Amma nə edəsən ki, reallıq öz sözünü deyir və bizim medianın da gözündən heç nə yayınmır. Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hazırda xəstəxanaya yerləşdirilib”.

Turan Etibaroğlu
Analoq.az

Daha çox
Back to top button
Close