BannerRedaktor seçimi

İşsiz qalan jurnalist ölkə başçısına müraciət etdi – Son ümid yerim Sizsiniz, Cənab Prezident İlham Əliyev!!!

Tanınmış jurnalist Adəm Abbaslı bir neçə aydır işsizdir. İşsizlikdən əziyyət çəkən jurnalist bununla bağlı özünün Facebook hesabında paylaşım edib.

Analoq.az həmin statusu olduğu kimi təqdim edir. Qeyd edək ki , Adəm Abbaslı BDU-nu bitirib. İTV, Xəzər televiziyasında redaktor, aparıcı işləyib. Müxtəlif saytlarda müxbir, redaktor kimi çalışıb, Azadinform İnformasiya Agentliyinin baş redaktoru olub.

Bu statusa görə, heç kim məni qınamasın! Mən bir şeyi anlamıram. Axı, mən Baş redaktorlardan, at istəmirəm, dəvə istəmirəm, ömürlərindən kəsib mənə versinlər heç istəmirəm… Sadəcə iş istəyirəm də, adi redaktor işi, admin redaktor işi… Demirəm ki, mən xüsusi istedada malik analitikəm, dünya bir yana, ölkəcə məşhur araşdırmaçı jurnalistəm, bəs, sən mənə xüsusi iş verməlisən! Neçə vaxtdır yazıram ki, işsizəm, amma tükünü tərpədən yoxdur. Amma Azərbaycan Jurnalistlərinin VIII Qrultayında elə şeylərdən danışdılar ki… Jurnalist həmrəyliyindən danışdılar. Jurnalist etikası və humanizmindən danışdılar, – güya jurnalistin biri ac qalarsa, adi jurnalistlər o yana dursun, Baş redaktorlar evdə yemək yeməyəcək, boğazlarından loxma keçməyəcək ki, hansısa bir jurnalist, illərin təcrübəsi olan redaktor işsizdir, acdır… “Birlik, həmrəylik” göstərəcəkmişlər… 3 aydır işsizəm deyə dad eliyirəm… Mən nə edim? Ölkədən çıxım gedim? İntihar edim? Nə edim? Hansınız 3 ay işsiz qalsanız və nə isə alıb qidalanmağa əlinizdə bir şey olmasa dözərsiniz??? Nə isə… Sadəcə mənə cavab verin, məsləhət verin! Mən nə edim? Necə edim??? Mən nə edim Cənab Prezident, Azərbaycan Respublikasında medianın inkişafında xidmətlərinə görə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif etdiyiniz jurnalist – Adəm Abbaslı işsiz qalıb. Ona adi bir iş verəcək kimsə yoxdurmu? Yoxdurmu, Cənab Prezident İlham Əliyev? Necə ki, Azərbaycan xalqının son ümid yeri Sizsiniz, mənim də son ümid yerim Sizsiniz, Cənab Prezident İlham Əliyev!!!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 5 Ortalama: 4.8]

Back to top button