Ölkə

Nazir müavini 20 Yanvar şəhidlərinin ailələri və əlilləri ilə görüş keçirib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovla 20 Yanvar şəhidləri ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların ictimai birliklərinin rəhbərləri arasında işçi görüş olub.

1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən A.Kərimov Azərbaycanın suverenliyi, müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış soydaşlarımızın ailə üzvlərinin, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində işləri diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin bu kateqoriyalardan olan vətəndaşlara xüsusi qayğısından bəhs edib, həmin vətəndaşların sosial təminatlarının gücləndirilməsi sahəsində mühüm addımların atıldığını vurğulayıb.

Nazir müavini 20 Yanvar şəhidlərinin ailə üzvlərinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin prezidentin aylıq təqaüdləri, pensiya və ya müavinətlərlə təmin olunduqlarını, bu sosial ödənişlərdə ötən dövrdə dəfələrlə artımlar edildiyini, onlara ödənilən təqaüdlərin cari ilin əvvəlindən də əhəmiyyətli dərəcədə artırıldığını deyib. Qeyd edilən vətəndaşların ötən dövrdə mənzillə, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar avtomobillə təminat proqramı, digər sahələrdə də qayğı ilə əhatə olunduqlarını vurğulayıb.

Görüşdə 20 Yanvar şəhidlərinin ailə üzvlərinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin təklifləri də dinlənilib. Onların qaldırdıqları məsələlər qeydə alınıb, belə görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button