Elm və təhsil

“Birinci kurslar dərslərə sentyabrın 15-dən başlamaya bilər”

Universitetlərə yeni qəbul olunmuş birinci kurslar müxtəlif səbəblərdən sentyabrın 15-dən dərslərə başlamaya bilər. 

Analoq.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib. O bildirib ki, II-IV kurslarda təhsil alan tələbələr üçün hər hansı problem yoxdur:

“Bu, sadəcə bir ehtimaldır və ola bilər ki, nəticələr əsasında ayın 15-nə kimi yerləşdirməni çatdıra bildik. Yəni yerləşdirmə ola bilər ki, bitsin, ancaq boş qalan yerlərə qəbul bizim vaxtımızı ala bilər”.

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button