Ölkə

Metro avqustun 5-dək işləməyəcək

Avqustun 5-dək davam edəcək xüsusi karantin rejimi dövründə Bakı metrosu da fəaliyyət göstərməyəcək. 

Analoq.az xəbər verir ki, həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:

25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;

1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək;

Qeyd edək kiBakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat  06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. 

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close