İqtisadiyyatManşet
Ötən il Azərbaycanın müsbət xarici ticarət saldosu 3 dəfədən çox artıb
Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 33,912 mlrd. ABŞ dolları təşkil edib. Bu, illik ifadədə 38,6% çoxdur.
Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, 2021-ci ildə ixrac 22,207 mlrd. dollar, idxal isə 11,706 mlrd. dollar təşkil edib. İllik müqayisədə Azərbaycanın ixracı 61,6%, idxalı isə 9,1% artıb.
Nəticədə, 2021-ci ildə 10,501 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da 2020-ci il ilə müqayisədə 3,5 dəfə çoxdur.
Analoq.az
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]