Dünya

Hamburqda Ermənistan səfirliyi qarşısında aksiya keçirilib

Bir qrup azərbaycanlı Almaniyanın Hamburq şəhərində Ermənistanın təcavüzkarlarının Tovuz rayonu istiqamətində törətdikləri təxribatlara etiraz olaraq dinc aksiya keçirib.

“Analoq.az” xəbər verir ki, aksiya iştirakçıları əllərində Azərbaycan və Türkiyə bayraqları ilə Ermənistan səfirliyinin qarşısına yürüş edib.

Həmin şəxslər səfirlik qarşısında Azərbaycanın dövlət himnini oxuyublar.

Aksiya iştirakçılarının söylədiyi “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları yeri-göyü lərzəyə gətirir!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button