Ölkə

Zakir Həsənovla Sergey Şoyqu arasında telefon danışığı olub

İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təşəbbüsü ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı olub.

Analoq.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər iki ölkə arasında dostluğa, qarşılıqlı etimada və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd ediblər.

Nazirlər ölkələrimizin hərbi sahədə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək, hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Nazirlər, həmçinin, regional təhlükəsizlik məsələləri, eləcə də, qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıblar.

Telefon danışığı əsnasında Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu general-polkovnik Zakir Həsənova Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qəfil yoxlamaları tədbirləri haqqında məlumat verib.

Sergey Şoyqu bu tədbirlərin əvvəlcədən planlaşdırıldığını və heç bir halda Ermənistan – Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı olmadığını vurğulayıb.

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close