Dünya

Türkiyə sahillərində 30-dan çox qanunsuz miqrant xilas edilib

Türkiyənin cənub-qərbində yerləşən Aydın vilayətinin turistik Quşadası rayonu sahillərində 32 qanunsuz miqrantın olduğu qayıq aşkar edilib.“Report” “Anadolu”ya istinadən xəbər verir ki, onların Yunanıstan hərbçiləri tərəfindən qovularaq, Türkiyənin sahillərinə yönəldildiyi bildirilir. Daha 4 miqrant üzərək sahilə çıxıb.

Türkiyəli hərbçilər qayıqdakı miqrantları sahilə çıxararaq, Aydın vilayətinin Miqrasiya İdarəsinə çatdırıblar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button