Yazarlar

Milləti və xisləti erməni olanlar-TURAL İRFAN YAZIR

Ermənilər bilirik ki, düşməndir. Açıq düşməndir. Ancaq bir də gizli düşmən var. Ən çox ehtiyyat ediləsi gizli düşməndir. Çünki açıq düşmənin həmlə edəcəyi nöqtə bəllidir, ancaq gizli düşməndə bu fərqlidir. Məncə xisləti erməni olanlar milləti erməni olanlardan daha təhlükəlidir. Mümkündür ki, bir şəxs milliyyətcə erməni olsun, ancaq xisləti “erməni xisləti” olmasın. Bu da mümkündür ki, bir şəxs milliyyətcə erməni olmasın, amma xislətcə, mənəviyyatca, düşüncə və əqidəcə erməni olsun. Bu ikinci daha qorxuludur. Çünki pasportunda azərbaycanlı yazılıb, öz içimizdədir, adı-soyadı bizdəndir…

Xalqımız son döyüşlərlə bağlı dövlətə, orduya öz dəstəyini əyani şəkildə göstərdiyi halda bəzi xisləti erməni olanlar isə daxildən zərbə vurmaq üçün pusqudadırlar sanki. Bir qrup deputat şəhidlərin ziyarətinə gedir, onların haqqında qarayaxma, gözdənsalma kampaniyasına cəhd edirlər. Biri deyir, ən asan olanı ediblər, biri deyir, niyə gedib vuruşmurlar… Halbuki bunu deyənlərin özləri dana kimi boyunlarını yoğunladıb klaviatura arxasında gizlənənlərdir. Belələri erməni xislətlilər deyilmi?
Bir çox adını kişi qoyub, ancaq internetdə qəhrəmanlıq edənlərdən fərqli olaraq qadın deputat günlərdir min əzab-əziyyətlə cəbhə bölgəsində əhalinin arasındadır. Düşmən mərmi atarkən uşaqların üstünə düşəcəyindən ehtiyatlanıb onları qorumaq üçün özünü qabağa verərək yıxılıb qolundan xəsarət alan bir Azərbaycan qadınının şəkillərini təhrif edib həyasızcasına şər-şantaj yayanlar erməni dəyirmanına su töküb, düşmənə pas ötürmürmü, dəstəvuz vermirmi?

Xanım icra başçısı könüllü olaraq orduya yazılır, onu rişğənd obyektinə çevirirlər. Bu erməni xislətlilik deyilmi? Daxili düşmən necə olur bəs? Bu tənqid deyil, tənqid belə olmur. Tənqidin əsası, dəlili, sübutu olur. Bu, el dili ilə desək şərdir…

Mənfur ermənilərin Amerikada yaşayan bir üzdənirağı (vətənpərvər insanlar haqda yazdığım bu yazıda o murdar adamın adını çəkmək istəmirəm) bəyan etdi ki, o da gedib erməni ordusunda döyüşməyə hazırdır. Bircə erməni onu təhqir etdimi, ona lağ etdimi, onu şübhə altına aldımı? Belə bir məkrli, riyakar, hiyləgər, mənfur düşmənin öz millətinin ən ləyaqətsiz yolda olan siması(zı) na qarşı etmədiyini biz niyə öz cəsur, mərd, vətənpərvər, əxlaqlı, ziyalı şəxsiyyətlərinə qarşı edirik? Demək ermənilərin etmədiyi erməniliyi bizim içimizdə olan xisləti erməni olanlar edir! Ermənistan ermənisi də bunların ötürdüyü paslardan istifadə edərək öz saytlarında, mətbu orqanlarında bu “materiallardan” məharətlə istifadə edirlər.

Düşünürəm ki, bax belə xainlər, namərdlər, xalqımızın namuslu, vətənpərvər simalarına qara yaxaraq düşmənə xidmət edənlər haqqında ciddi tədbirin görülməsi zamanıdır. Təbliğat, mətbuat, sosial şəbəkələr böyük qüvvədir. Azərbaycanda oturub bu resurslardan Azərbaycan əleyhinə istifadə edən, dövlətin simaları, xalqın ləyaqətli insanları haqqında dezinformasiya, jantaj, böhtan, qarayaxma, gözdənsalma təbliğatı aparanlar birbaşa düşmənə xidmət edən qruplardır. Xüsusən savaş getdiyi bir həssas zamanda edilən bu işlər təsadüf sayıla bilməz. Bu kimi hallar hökmən diqqətə alınmalıdır. Çünki düşmən ayıqdır və bu hallardan istifadə edir.

Xalqın vətənpərvərlik ruhunun coşduğu, ayağa qalxaraq dövlətə, orduya, Ali Baş Komandana dəstək nümayiş etdirdiyi həssas və şərəfli bir məqamda Milli Məclisin binasına daxil olaraq aranı qatmaq, dəstək nümayişinin əsl mahiyyətinə xələl gətirməyə cəhd düşmənə xidmət deyil bəs nədir?

Bu baxımdan, öz içimizdə gizlənən, lakin boyunlarına götürdükləri şərəfsiz vəzifəni icra edərkən istər-istəməz üzə düşüb özlərini ifşa edən erməni xislətlilərin layiqli cavablarının verilməsi elə hesab edirəm ki, hər bir vətəndaşımızın borcudur.

Tural İrfan
İlahiyyatçı-yazar

Analoq.az

Daha çox
Back to top button
Close