Siyasət

Rusiyanın Belarusdakı səfiri dəyişib

Rusiya Prezidenti Belarusa yeni səfir təyin edib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Sərəncama əsasən Boris Qrızlov Rusiya Federasiyasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Prezidentin digər sərəncamı ilə 2021-ci ilin martından Rusiyanın Minskdəki diplomatik missiyasına rəhbərlik edən Yevgeni Lukyanov bu vəzifədən azad edilib.

Boris Qrızlov müxtəlif illərdə Daxili İşlər naziri, Dövlət Dumasının spikeri olub. Qrızlov son illərdə Şərqi Ukraynadakı vəziyyətin nizamlanması üzrə təmas qrupunda Rusiyanın səlahiyyətli nümayəndəsi, həmçinin “Vahid Rusiya” Ali Şurasının sədri olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button