Siyasət

Roma Papası Azərbaycan və Ermənistana çağırış etdi

Roma Papası Fransisk son günlər Ermənistan və Azərbaycan arasında baş verən gərginlikdən narahatlığını bildirib.

Analoq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, iki ölkə arasında mövcud olan uzunmüddətli problemin həllinə sülh yolu ilə nail olmağa çağırıb.

“Mən son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyirəm”, – deyə pontifik bildirib.

Papa son döyüşlər zamanı ölənlərin ailələri üçün dua edəcəyini vəd verib. O, beynəlxalq ictimaiyyətin dialoq və tərəflərin xoş istəyi ilə münaqişənin bu sevimli xalqların xeyrinə davamlı sülh ilə həll yolunu əldə edə biləcəyinə ümid etdiyini deyib.

Daha çox
Back to top button
Close