Ölkə

Biz qurultaya gedirik-MİLLƏT VƏKİLİ RAZİ NURULLAYEV

Əziz dostlar, cəbhəçilər, Əbülfəz Elçibəy tərəfdarları və milli-azadlıq hərəkatının iştirakçıları, sizlərə və mətbuata yönəlik bu məlumatı bölüşürəm.

2015-ci il 18 oktyabrda AXCP-nin etimad qurultayı keçirildi və mən sədr seçildim. Əli Kərimlinin başçılığı altında da qurultay keçirildi və o da AXCP sədri seçildi. Azərbaycanda iki AXCP oldu və bu günə qədər də davam etməkdədir. Nə baş verir versin, ən çox bizim əziz cəbhəçilərimiz və hərəkatçılarımız bundan zərər görür. Nizamnaməyə görə qurultayımız keçirilməlidir və məlum pandemiya səbəblərindən biz bunu edə bilmədik və bir az gecikmişik.

Onlayn (internet üzərindən) qurultay keçirmək qərarına gəldik və artıq vaxt təyin etmişik.

Bildiyiniz kimi, bu zaman müddətində ağrılı günlər keçirmişik, məşəqqətlər yaşamışıq. Hamı elə bilirdi ki, iqtidar məni AXCP kimi tanıyacaq, bu planlaşdırımış məsələdir və sair. O qədər fikirlər deyildi ki. Nəticədə isə elə iqtidar nümayəndələri də Əli Kərimliyə AXCP sədri deməkdə davam etdilər. Bir dəfə də olsun AXCP-nin Əli Kərimli və Razi Nurullayev qanadı da demədilər. Nə etmək olar, qismətdən artıq yemək olmaz, taleyi də, alın yazısını da dəyişmək olmur.

Təbii ki, uğursuz da olmamışıq. Biz 2018-ci il Prezident seçkisində iştirak etdik, 2020-ci ilin növbədənkənar Parlament seçkilərində müstəqil olaraq, amma partiyanın gücü ilə iştirak etdik və mandata sahib olduq. Bütün bunlar artıq bizim keçmişimiz və tariximizdir.

Biz yeni format, yeni istək və yeni yanaşma ilə təşkilatlanmaq və güclü partiyaya çevrilmək qərarı vermişik. Bu məsələlər partiya qurultayının müzakirəsinə çıxarılacaq və müvafiq qərarlar veriləcək.

Analoq.az

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close