Köşə

Vüqar Əhmədə qarayaxanlar kimlərdir?

Bir neçə gün öncə “Facebook” sosial şəbəkəsində tanınmış ictimai-siyasi xadim,şair,filologiya üzrə elmlər doktoru,professor Vüqar Əhmədə və onun qız övladı Aztv-nin solisti, VI Muğam Müsabiqəsinin qalibi, “Qran-Pri” mükafatçısı gənc və istedadlı xanəndə Almaxanım Əhmədli haqqında qarayaxma kampaniyasına start verildi.Bəs bu kampaniyanı başladanlar və hansı marağa xidmət edənlər kimdir?

İlk öncə qeydə edək ki,Aztv-nin efirində yayımlanan “Bizi birləşdirən mədəniyyət” proqramında şair Vüqar Əhmədin əzəli və əbədi düşmənlərimiz olan ermənilər haqqında qeyd etdiyi fikirlərdən sonra yaranıb.Görünür, şairin bu fikirləri sapı özümüzdən olan baltalara,düşmən dəyirmanına su tökənlərə sərf eləməyib.


Özünü hüquq-müdafiyəçisi adlandıran Taleh Xasməmmədov adlı şəxs şair Vüqar Əhməd və qızı Almaxanım Əhmədlinin 2019-cu ildə çəkdirdiyi şəkilləri bir çox “Facebook” və “İnstagram” profillərində tirajlayaraq dezinformasiya yaymaqla şairin və onun qız övladının imicinə zərər gətirməyi “əmr” kimi idarə olunduğu “dairə”lərdən alıb.

“Analoq.az”a açıqlama verən şair,professor Vüqar Əhməd bildirib ki, yayılan şəkil, əvvəla, 2019-cu ildə çəkilib. “Facebook”da yüklənən şəkil və videoları xatırlatma kimi hər ildən bir təkrar ana səhifəyə çıxardır . Şəklin nə zaman paylaşdığını nəzərə almadan bir çox səhifələrdə yaydılar.

Vüqar Əhməd daha sonra əlavə edib ki, Taleh Xasməmmədov və digərləri onun haqqında yaydıqları yalan və məntiqə uyğun olmayan materiallara görə üzr istədilər.Taleh Xasməmmədov mənə mesaj göndərərək bildirdi:”Vüqar müəllim, barənizdə düşmənçilik mövqeyi sərgiləyən mən deyiləm,sizə düşmən olan adam başqadır”.

Hər -halda bu barədə hüquq-mühafizə orqanları daha dəqiq ölçü götürər.Bu fikirləri də Vüqar Əhməd bildirib.

Analoq.az

Daha çox
Back to top button
Close