Cəmiyyət

Yaralanan əsgərin qaz borcu ödənildi

Masallı rayonu, Təklə ərazi dairəsinin Sığıncaq kənd sakini, Tovuz rayonu uğurunda gedən ağır döyüşlərdə yaralanan Nurlan Quliyevin ailəsinin qaz borcunun olması barədə yayılan xəbərlərdən sonra “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi məsələyə reaksiya göstərib. 

Analoq.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Lənkəran Regional qaz istismar İdarəsinə tapşırıq verilib. Yerində araşdırma aparılaraq həqiqətən də Quliyevlər ailəsinin qazdan istifadəyə görə 347 manat məbləğində borcunun olduğu təsdiqini tapıb. Elə bu gün borcun ödənişi Birlik tərəfindən qarşılanıb və hal-hazırda yaralı əsgərimizin ailəsinin qazdan istifadəyə görə hər hansı borcu qalmayıb.

“Azəriqaz” İstehsalat Birliyi olaraq son vaxtlar cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan hərbiçilərimizin ailələrinə baş sağlığı verir, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq.Hərbiçilərimizin qaz təchizatı ilə bağlı problemlərinin həlli daim Birliyin diqqətindədir və bundan sonra da bu məsələyə ciddi yanaşılacaq.

Daha çox
Back to top button
Close