Ölkə

Bayraq meydanında nə baş verir?-FOTOLAR

Dövlət Bayrağı Meydanına texnikalar cəlb olunub. Meydanın üst hissəsi sökülür. Ərazidə olan mühafizəçilərin sözlərinə gərə, Meydan təmir edilir. Amma sosial şəbəkələrdə bayraq meydanının söküləcəyi və yerində başqa obyektin inşa olunacağı barədə xəbərlər yayılır.
Əslində Bayraq meydanında nə baş verir? Bu sualla Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Günay Yelmarqızına müraciət etdik. G.Yelmarqızı bildirdi ki, 2018-ci ildən Bayraq Meydanında təmir gedir və təmirin nə vaxt bitəcəyi, işin sonunda nə olacağı barədə dəqiq məlumat yoxdur. “Bir neçə müddətdir ki, Dövlət Bayrağı Meydanına ağır texnika cəlb edilərək əsaslı bərpa və yenidənqurma işləri aparılır. İşlər tamamlansın, bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.

Qeyd edək ki, Bayıl qəsəbəsində yerləşən Dövlət Bayraq Meydanı 2010-cu ilin sentyabrın 1-də açılıb. Tikintini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirib. “Ginnes” dünya rekordları təşkilatı 2010-cu ildə dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Sonradan rekordu Tacikstan vurub və daha hündür bayraq dirəyi tikib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button