Elm və təhsil

Qəhrəman şəhidlərimizə həsr olunan flashmob hazırlanır

Doğma Azərbaycanımızın bütövlüyünü qorumuş şəhidlərin adını əbədiləşdirmək üçün fədəkar müəllimələrdən ibarət şagirdlərlə birgə flashmob hazırlayıblar.

Məktəbin müəllimləri Şəbnəm Mirzəyeva, Natavan Şükürova, Şəfa Babayeva “Şeron qrupunun – Torpağın səsi” mahnısını səs yazma studiyasında səsləndirərək video rolik hazırlayıblar.
Bu layihədə valideynlər və onların övladları bu addımda müəllimələrinə yüksək dərəcədə dəstəyini bildirərək, əzm ilə bu videoda yer alır. 40 nəfər şagird sayı olmaqla rejissor Röyal Cəbiyevin təşkilatçılığı ilə flashmob layihəsi az müddətdə ictimayyətin önünə çıxarılacaqdır. Hər şagird bir şəhid adını öz üzərinə götürərək və müəllimələrin şagirdlərə vətənpərvərlik ruhunu aşılayaraq fikir bildirməsi, bütün sosial şəbəkələrdə olduqca müsbət qarşılanıb. Fədəkar müəllimələr zənn edir ki, bu addım şagirdlər üçün bir motivasiya xarakteri daşıyacaq. Hər kəs belə videolar çəkməklə xalqın bu karantin günlərində daxili ruhunu daha da yüksək tutacaqdır.


Analoq.az

Daha çox
Back to top button
Close