Ölkə

“Yenidən sərt karantin vətəndaş üçün fəlakət olacaq” – DEPUTAT

“Vətəndaşların, biznesin, sahibkarların vəziyyətinin günü-gündən ağırlşamasının şahidi oluruq. Səbəb təhlükəli virusla bağlı tətbiq olunan sərt karantin rejimidir”.

Bunu karantin müddətinin uzadılmasına münasibət bildirən deputat Razi Nurullayev deyib. O, yoluxanların sayının azalmasına rəğmən 5 avqustdan başlayaraq yumşalmaların təbiq edilə biləcəyini bildirib:

“Qorxum budur ki, karantin yumşalan kimi yoluxanların sayı artan xətt üzrə getsin. Yenidən sərt karantin tətbiq ediləcəkmi? Tətbiq edilsə, bu ölkə, vətəndaşlar və sahibkarlar üçün fəlakət olacaq. Bir neçə dəfə söylədiyim məsələyə qayıdıram. Biz virusla bərabər yaşamağı öyrənməliyik. Bunun üçün də hər kəsin bildiyi həqiqətləri sərtləşdirmək lazımdır, amma karantini isə qaldırmaq, raonlara gediş-gəlişi açmaq zərurətdir. 40 dərəcə istidə yaşamaq çox çətinləşib”.

Razi Nurullayev, “hər kəsin bildiyi həqiqətlər isə sadədir: əllərini tez-tez yumaq, cibində spirt gəzdirmək, mütləq maska taxmaq, sosial məsafəni gözləmək, deyə bildirib:

“Cərimələr də tətbiq edilir. Bu sadə məsələlərə vətəndaşları əməl etməyə vadar etmək üzərində baş sındırmağa dəyər. Çünki, hələ də inanmayanlar var. Mən razıyam ki, yalan məlumat yayanlara, virusun olmadığını deyib vətəndaşların fikrini çaşdıranlara qarşı daha ciddi tədbirlər görülsün, amma sərt karantin qaldırılsın.
30 qəpiklik maskanı həftələrlə gəzdirənlər var. Hələ də virusu ciddiyə almayan vətəndaşların sayı çoxdur. Demək ki, biz oturub gözləsək, gərək bu ili sərt karantinlə başa vuraq, bu isə məhvə bərabərdir.
Virusla yaşamağı öyrənək. Başqa yolumuz yoxdur”.

Deputat sonda bir daha sərt karantinin rejiminin tam yumşaldılmasının vacibliyini vurğulayıb…

Analoq.az

Daha çox
Back to top button
Close