Ölkə

Ölkə başçısı Azərbaycanın ən yaxın dostu Arye Qutu təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamə əsasən “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının başçısı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi, jurnalist Arye Qut
“Dostluq” ordeni ilə təltif olunub.

Analoq.az saytı adından hörmətli Arye Qutu fəxri ad təltifi alması münasibətilə təbrik edir, fəaliyyətində uğurlar,daimi yüksəlişlər arzu edirik.

Arye Qut kimdir:

Arye Qut 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilib.

Üç il ərzində Bakı Dövlət Universitetinin ən gənc müəllimlərindən biri idi. Beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsi var. Arye Qut azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışır.

2000-ci ildə İsrail Dövlətinə köçüb. 2002-2009-cu illər ərzində Arye Qut tanınmış “GİLRO LTD” İsrail şirkətində idxal-ixrac departamentin rəhbəri çalışıb.

2007- 2009-ci illərdə Arye Qut Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışıb.

Bununla yanaşı, Arye Qut İsrail-Turkiyə və İsrail-Azərbaycan münasibətləri sahəsində İsraildə aparıcı mütəxəssislərindən biri kimi tanınır. Eyni zamanda, Arye Qut İsrailin dövlət radiosunda “Radio Reka” (rus dilində), “Reşet Bet” (ivrit dilində) və İsrailin 9 və 10 televiziya kanallarında daimi siyasi şərhçi kimi çıxış edir.

Beş ildən artıqdır ki, Arye Qut İsrailin hərbi sənaye kompleksində çalışır və bu strukturda post Sovet məkanında olan ölkələr sahəsində nüfuzlu mütəxəssislərindən biri hesab olunur. Eyni zamanda İsrailin müdafiə nazirliyində Arye Qut siyasi analitik və Cənubi Qafqaz regionu üzrə aparıcı mütəxəsislərdən biri hesab olunur.

Arye Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edir. Arye Qut Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığa, Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.

Arye Qut İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biridir. Hal-hazırda Arye Qut İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısıdır. Vaxtı ilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü və təşkilatın mətbuat katibi olub. Bununla yanaşı o, İsrail dövlətində “Justice for Khojaly” beynəlxalq kampaniyasınin rəsmi əlaqələndiricisidir.

2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərir.

Analoq.az

Daha çox
Back to top button
Close