Elm və təhsil

Tanınmış alimin və tələbələrinin Almaniyada elmi məqaləsi dərc edilib

Tanınmış iqtisadçı alim, AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Akademiyasının müəllimi iqtisad elmləri üzrə fəlsəfə doktoru, Yadigarov Təbriz Abdulla oğlunun AMEA İqtisadiyyat İnstitutunun doktorantı Nəcəfzadə Qiyas Ələmdar oğlu və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri Hacıyev Murad Hacı oğlu və Ibrahimova Gunay Elnur gizi ilə birlikdə 19-21 iyul 2020-ci il tarixində Almaniyanını Münhen şəhərində “Müasir Elmi Tədqiqatların aktual istiqamətləri” adlı I Beynəlxalq elmi-praktik konfransda “EViews proqram paketinn tətbiqi ilə Azərbaycan iqtisadiyyatında pul aqreqatlarının iqtisadi atıma təsirinin ekonometrik qiymətləndirilməsi”(Econometric assessment of the impact of money aggregates on economic recovery in the Azerbaijani economy using the EViews software package) mövzusunda elmi məqələsi dərc edilmişdir.

Məqalədə Evievs proqram paketinin tətbiqi ilə geniş pul kütləsinə daxil olan pul aqreqatları üzrə banklardan kənar nağd pul vəsaitlərinin, manatla təlb edilən depozitlərin, manatla müddətli depozitlərin, Sərbəst Dönərli valyuta ehtiyyatlarının dəyişməsinin ÜDM-ə təsiri qiymətləndirilmiş və qurulmuş reqresiya tənliyi ilə Azərbaycan Respublikasında ÜDM-in illər üzrə qiymətləri və standart səhvləri, habelə tənliyin proqnoz məqsədi üçün istifadə edilməsinin bir sıra xarakteristikaları qrafiki təsvir edilərək 2025-ci ilədək iqtisadi artımın proqnoz qiymətləri hesablanmışdır.

Tədqiqat nəticəsində pul aqreqatlarının dəyişməsinin ÜDM-ə təsiri ilə bərabər, Azərbaycan Respublikası üzrə geniş pul kütləsinin ÜDM-də xüsusi çəkisinin inkişaf etmiş ölkələrlə müqayisədə 6-8 dəfə aşağı olduğundan, geniş pul kütləsinin inkişafı məqsədi ilə Azərbaycanda orta səviyyədə olan maliyyə bazarlarınin bütün seqmentlərinin inkişaf etdirilməsi və təkmilləşdirilməsinin əhəmiyyəti göstərilmişdir. Müəyyən edilmişdir ki, Azərbaycanda Maliyyə Bazarlarının inkişafı təmin edildikdən sonra pul aqreqatlarına qiymətli kağızlar, veksellər, borc kağızları, istiqrazların daxil edilməsi iqtisadi artımın tənzimlənməsinə və real sektorun inkişafına müsbət təsir edəcəkdir.

Məqalənin materiallarından maliyyə, iqtisadiyyatın tənzimlənməsi, dünya iqtisadiyyatı və ekonometrik tədqiqatlarda istifadə edilə bilər.

Aşağıdakı linkdən məqalə ilə tanış olmaq olar.

https://sci-conf.com.ua/wp-content/uploads/2020/07/ACTUAL-TRENDS-OF-MODERN-SCIENTIFIC-RESEARCH-19-21.07.20.pdf

Analoq.az

Daha çox
Back to top button
Close