Ədəbiyyat

Tanınmış şair şəhid generala şeir həsr etdi

Şeir şəhid general Polad Həşimovun əziz xatirəsinə həsr edilib

Polad kimi əyilmədin,
Məğrur, dönməz generalım.
Şəhid oldun, sən ölmədin,
Mənim ölməz generalım.

Sənin üçün yananlar var,
Doğrular var, yalanlar var…
Qisasını alanlar var, –
Kimsə bilməz, generalım…

Qəmə dönüb növrağımız,
İşğaldadır torpağımız,
Ucaldılan bayrağımız,
Heç vaxt enməz, generalım.

İzinlə yol salınacaq,
Qarabağım alınacaq.
Qaladığın bu od – ocaq,
Daha sönməz, generalım!

Əsgəriylə bir səngərdə,
Çörəyini verən mərdə…
Səni kimi bir sərkərdə
Bir də gəlməz, generalım…

Tural İrfan

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 8 Ortalama: 4.3]

Back to top button