Sağlamlıq

Burunda anticisim yaradan vaksin hazırlanır

Orqanizmə burunda anticisim yaratmasına imkan verəcək vaksinin hazırlanmasına başlanılıb.

Analoq.az xəbər verir ki, NHK-in məlumatına görə, müvafiq tədqiqatlar Tokioda Kitasato Universitetinin alimləri tərəfindən aparılır.

Vaksinin pasiyentlərə burun vasitəsilə ötürüləcəyi güman edilir. Onun əsas xüsusiyyəti mikroskopik iynəyəbənzər molekullardan ibarət olmasıdır: inhalyasiya edildikdə selikli qişaya daxil olur və immun sistemin reaksiyasına gətirib çıxarır. Bunun sayəsində virusun adətən bədənə daxil olduğu burun boşluğunun arxasında anticisimlər hasil edilir.

Elm adamlarının fikrincə, bu üsul qana inyeksiyadan daha effektiv ola bilər. Ənənəvi peyvənd ilə bəzi hallarda xəstələrin qanında anticisimlərin miqdarı infeksiyaya yoluxduqda belə azalmağa başlayıb.

Alimlər hazırladıqları metodun effektivliyini təsdiqləməyi planlaşdırırlar. Yaxın gələcəkdə peyvəndi heyvanlarda sınaqdan keçirməyə başlayacaqlar.

Daha çox
Back to top button
Close