Cəmiyyət

İB “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı maarifləndirici tədbirlərə başlayır

Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı maarifləndirici tədbirlərin təşkilinə başlayır. Bu haqda qurumun sədri Çingiz Qənizadə bilgi verib.

Onun sözlərinə görə, layihə 5 ay davam edəcək layihə 4 sərhədyanı rayonda – Astara, Masallı, Biləsuvar, Cəlilabad keçiriləcək: “Hər rayonda layihəyə 25 nəfər cəlb ediləcək. Son dönəmlərdə narkotik vasitələrdən istifadənin çoxalması, eləcə də İranla sərhəd rayonlarda bu tendensiyanın artması ciddi narahatlıq doğurur. Məqsədimiz vətəndaşlara narkotik vasitələrin orqanizmə təsirləri, narkomanya asılılığı və narkomaniyaya qarşı mübarizənin aparılması yolları haqda , eləcə də narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin qanunda necə tənzimlənməsi və reallıqda necə həyata keçirilməsi ilə bağlı məlumatların verilməsi, narkomaniyanınn qlobal problem kimi qarşısının alınmasında cəmiyət və hüquq-mühafizə orqanlarının həmrəyliyinə nail olmaqdır”.

Layihə rəhbərinin sözlərinə görə, tədbirdə hüquq-mühafizə orqanlarının, narkotiklərlə mübarizə idarəsinin əməkdaşları və tədbirlərin keçirildiyi rayonun icra hakimiyyətinin nümayəndələri, rayon gənclər mərkəzinin, məktəb valideyn komitələrinin, bələdiyyə, QHT, KİV nümayəndələrinin və gənclərin iştirakı nəzərdə tutulub: “Tədbirlləri layihə təşkilatşıları və həkim- narkoloq aparacaq.

Tədbirlər 2 hissədən ibarət olacaq, 1-ci hissədə maarifləndirici seminar, 2-ci hissədə isə dinləmə və müzakirələr olacaq. Biz narkomaniya ilə mübarizədə hüquq-mühafizə orqanları və cəmiyyətin həmrəyliyinə çalışırıq. Tədbirlərdə iştirak edən həm polis şöbəsinin həm də İH nəzdində fəaliyyət göstərən şöbənin məsul işçiləri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun rayonda icrası ilə bağlı iştirakçıları məlumatlandıracaqlar. Bunun ardınca müzakirələr üçün şərait yaradılacaq. İştirakçıları maraqlandıran və ya narahat edən suallara cavab veriləcəkdir. Problemdən çıxış yolları haqda fikirlər və rəylər dinləniləcək , çıxış yollarının tapılmasına təşəbbüs ediləcək”.

Çingiz Qənizadə gələcəyimizə balta vuran narkomaniya probleminin çözülməsində bütün vətəndaşları səfərbər olmağa çağırıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button