Dünya

Kanadanın XİN rəhbərində virus aşkarlanıb

Kanadanın xarici işlər naziri Melani Joli koronavirus testinin nəticəsinin müsbət olduğunu və özünü təcrid etmək məcburiyyətində qaldığını söyləyib.525.az xəbər verir ki, bu barədə siyasətçi özünün tvitterdəki səhifəsində yazıb.

“Səhiyyə xidmətlərinin tövsiyələrinə əməl edərək, təcrid olunmuşam və PCR testimin nəticələrini alana qədər onlayn işləməyə davam edəcəm”, – o yazıb.

Joli həmçinin bayram istirahəti zamanı ailələrin təhlükəsizliyini təmin etmək üçün peyvəndi və revaksinasiyaya ehtiyac olduğunu xatırladıb.

Bundan əlavə, şöbə müdiri virusun yayılmasının qarşısını almaq üçün testlərin kifayət etmədiyini vurğulayıb. Nazir vətəndaşları koronavirus əleyhinə tədbirlərə riayət etməyə çağırıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button