Ölkə

Bakıda sərt karantin rejimi ilə əlaqədar bir sıra postlar yenidən qurulub

.

Bakıda sərt karantin rejimi ilə əlaqədar bir sıra postlar yenidən qurulub.

Analoq.az xəbər verir ki, zərurət olan ərazilərdə postlar bərpa edilir, bəzi yerlərdə marşrut postları fəaliyyət göstərir.

Daxili işlər orqanlarının əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları müxtəlif ərazilərdə, məhəllədaxili hissələrdə nəzarəti gücləndiriblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarını ləğv etmişdi.

Daha çox
Back to top button
Close