Ölkə

İki gün ərzində 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

Bu gündən xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazilərində ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq olunur.

Analoq.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, məhdudiyyət 27 iyul saat 06:00-dək davam edəcək.

Xatırladaq ki, qeyd olunan şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək davam edəcək. Növbəti həftəsonu – 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

 

Daha çox
Back to top button
Close