Elm və təhsil

Tanınmış alimin növbəti elmi məqaləsi dərc olundu

AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Akademiyasının müəllimi iqtisad elmləri üzrə fəlsəfə doktoru, Yadigarov Təbriz Abdulla oğlunun, 1966-cı ildən AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr olunan AMEA-nın XƏBƏRLƏRİ İQTİSADİYYAT seriyası elmi-praktiki jurnalın 2020-2 (mart-aprel) sayında “Gömrük İttifaqına qoşulmuş MDB ölkələrində Ümumi daxili məhsula təsir edən amillərin modelləşdirilməsi” mövzusunda elmi məqaləsi dərc edilmişdir.

Məqalədə MDB dövlətləri üzrə Gömrük İttifaqına qoşulmuş Rusiya, Türkmənistan, Qazaxıstan dövlətlərının mövcud ehtiyyatlarının, onların xarici iqtisadi fəaliyyətlərinin səmərəliliyinə təsiri araşdırılmaqla bərabər, müxtəlif statistik mənbələrə əsasən həmin ölkələrin sosial-iqtisadi amillərinin ÜDM-ə təsiri təhlil edilmişdir.

Məqalədə İqtisadi-riyazi metodların tətbiqi ilə xətti və qeyri-xətti modellər qurulmuş və onların statistik əhəmiyyəti müəyyən edilmiş, Qazaxıstan Respublikasında adambaşına düşən ÜDM-ə təsir edən amillər Eviews proqram paketində qiymətləndirilmiş, həmçinin Rusiya, Qazaxıstan və Belorusiyada adambaşına düşən ÜDM-lə adambaşına düşən əsas vəsaitlərin dəyəri və iqtisadi fəal əhali əmsalından asılılığı Kobb – Duqlas istehsal funksiyasın tətbiqi ilə müəyyən edilərək qiymətləndirilmişdir.

Tədqiqat işində Gömrük İttifaqı və Vahid İqtisadi Məkan daxilində beynəlxalq öhdəliklərə uyğun olaraq, idxal gömrük rüsumlarının məbləğindən Rusiya büdcəsinə 85,33%, Qazaxıstan büdcəsinə 7,11%, Belarusiya büdcəsinə 4,55%, Qırğızıstan büdcəsinə 1,9%, Ermənistan büdcəsinə isə 1,11% məbləğində vəsaitin köçürülməsi öz əksini tapmışdır.

Gömrük İttifaqına (Gİ) üzv dövlətlərin 2015-2019-cu illər və 2020-ci ilin 1-ci rübü üzrə ixrac və idxal əməliyyatlarının dinamikasına əsasən Gİ ölkələri üzrə xarici ticarət əməliyyatlarında ittifaqa üzv dövlətlər arasında ixrac və idxalın həcmi tədqiq olunan dövr üzrə artsa da İtifaq ölkələri arasında ittifaqdan kənar ölkələrlə müqayisədə daha az paya malik olması müəyyən edilmişdir. (2019-cu ildə ixracın həcmi Gİ ölkələri üzrə xarici ticarət dövriyyəsinin 18,2%-ni, idxal üzrə 11,7%-ni təşkil etmişdir).

Aparımış araşdırmalara əsasən belə nəticəyə gəlinmişdir ki, adambaşına düşən əsas vəsaitlərin dəyəri və iqtisadi fəal əhali əmsalı Gömrük İttifaqına daxil olan Rusiya, Qazaxıstan və Belorusiyada adambaşına düşən əsas vəsaitlərin dəyərinin artmasına əsaslı şəkildə təsir edərək ÜDM-in artım tempinin təminatşısına çevrilmişdir. Rusiya, Qazaxıstan, Belorusiya ölkələri üzrə adambaşına düşən ÜDM-lə adambaşına düşən əsas vəsaitlərin dəyəri və iqtisadi fəal əhali arasındakı asılılığın reqressiya tənliyinin eksponensial parametrlərinə uyğun olaraq qurulmuş modelə əsasən Belorusiyada nəticə amilinə (əhalinin bir nəfərinə düşən ÜDM-ə) iqtisadi fəal əhali əmsalı, Qazaxıstan və Rusiyada isə adambaşına düşən əsas vəsaitlərin dəyəri daha aktiv təsir edir.

Makroiqtisadi göstəricilərin təhlilinə əsasən məqalədə müəyyən edilmişdir ki, Gömrük İttifaqına daxil olan Qazxıstan Respublikasının iqtisadiyyatı Belorusiya ilə müqayisədə Rusiya Federasiyasının iqtisadiyyatına daha çox yaxınlaşmışdır.

Belorusiya iqtisadiyyatının Rusiya iqtisadiyyatına yaxınlaşma səviyyəsi isə aşağı olduğundan, xarici iqtisadi fəaliyyətlə bağlı hazırkı vəziyyətdə Gömrük İttifaqına qoşulma Qazaxıstan üçün əlverişli olsa da, Belarusiya üçün əlverişli olmadığı müəyyən edilmişdir. Müəllifin qənatəinə görə aparılmış tədqiqat işinin nəzəri-metodoloji məsələlərindən istifadə edərək Azərbaycan iqtisadiyyatı üçün Gömrük ittifaqına qoşulmanın müsbət və mənfi tərəflərini də aydınlaşdırmaq mühüm aktual əhəmiyyət kəsb edir.

Təqdim edilmiş məqalənin nəzər-metodoloji materiallarından dünya iqtisadiyyatı, xarici iqtisadi əlaqələr və gömrük işi ilə bağlı tədqiqatların aparılmasında istifadə etmək olar.

Məqalənin materialları ilə aşağıdakı linkdən tanış olmaq olar.

http://economics.com.az/images/fotos/xeberler_pdf/2020_2/13.Tebriz.pdf
Analoq.az

Daha çox
Back to top button
Close