Cəmiyyət

Zaqatalada ictimai iştirakçılıqla bağlı maarifləndirici tədbir keçirilib – FOTO

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi “İctimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərinin həyata keçirilməsinin aktuallığı və təkmilləşdirilməsinə dair Balakən, Şəki və Zaqatala rayonlarında tədbirlərin təşkili” adlı layihəsini davam etdirir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində növbəti tədbir Zaqatala rayonunda keçirilib.

Təşkilatın rəhbəri Səadət Bənənyarlının analoq.az-a verdiyi məlumata görə, layihənin məqsədi “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunlarının müddəaları və əsas prinsipləri barədə yerlərdə əhalinin maarifləndirilməsi, həmin Qanunun təbliği, ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi barədə layihənin nəticəsində təkliflərin verilməsidir.

Zaqatalada keçirilən növbəti tədbirdə iştirakçılara “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu, onun işləmə mexanizmləri, praktiki məsələlər,işləmə mexanizmində üzləşilən çətinliklər barədə məlumatlar verilib.

Qeyd olunub ki, qanunvericiliyinin müddəaları barədə maarifləndirmə vasitəsilə vətəndaşlar ilə dövlət orqanı, bələdiyyələr və s. arasında fəaliyyətin səmərəliliyinin və operativliyinin yüksəldilməsi, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulması, şəffaflığın təmin olunmasına dəstək vacibdir.

Tədbir dialoq platforması formatında keçirilib və ətraflı müzakirələr aparılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button