Ölkə

“Azəriqaz”ın baş direktoru onlayn qəbul keçirdi

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Oğuz rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.

Analoq.az xəbər verir ki, “Azəriqaz”dan verilən məlumata görə, vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb

Qəbulda bölgənin 10-dan çox vətəndaşı növbəli şəkildə fikirlərini səsləndiriblər. Birliyin baş direktoru ilə söhbətləri zamanı onlar əsasən yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul, qazdan istifadəyə görə yaranan borcların ödənişində güzəştlərin edilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib.

Baş direktor qarşıda gələn Qurban bayramı münasibətilə bir neçə müraciətin (fərdi qaz çəkilişləri, qapı keçidləri üçün qaz xətlərinin yerinin dəyişdirilməsi və s.) Birliyin hesabına həyata keçiriləcəyini bildirib.

Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyinə tapşırıq verilib ki, həmin müraciətlər ən geci Qurban bayramına qədər icra edilməlidir.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button