Redaktor seçimi

Vüsalə xanım, Sizdən “Sirli nağıllı” cavablar gözləyirik

Bir neçə gün bundan öncə Binəqədi rayonu Ənvər Əlixanov 98 ünvanında yerləşən “Sirli Nağıl” uşaq bağçası ilə bağlı Analoq.az-a daxil olmuş informasiya yerləşdirilib. Belə ki, bağçanın direktoru Vüsalə Heydərova və həmin müəssisə haqqında dərc edilən məqalədə bir sıra aşkarlanan nöqsanlar haqqında qeydlər apaılıb. Həmin məqalənin linkini buradan oxuya bilərsiniz:
https://analoq.az/cemiyyet/28707/bagca-mudir%C9%99sinin-sirli-nagili-v%C9%99-ya-vusal%C9%99-heyd%C9%99rova-kim%C9%99-guv%C9%99nir/
Lakin onu da qeyd edək ki, sözügedən məqalə ictimailəşdirilmədən əvvəl biz KİV haqqında qanunun tələb etdiyi qaydalara uyğun şəkildə hörmətli Vüsalə xanımdan daxil olan şikayətlərlə bağlı münasibət öyrənmək istədik, həmçinin cavab haqqının olduğunu bildirdik. Təəssüf ki, direktor suallarımızı cavabsız qoydu, bizə aid olmayan şəxslərin adlarını çəkməklə əksinə – bizi ittiham etməyə çalışdı, sonda isə ümumiyyətlə, bizi dinləməyərək telefon zəngizimi üzümüzə qapatdı.

Onu da qeyd edək ki, hər şeyə rəğmən biz jurnalistlik etikamıza sadiq qalaraq daxil olan şikayəti dərk etdik. Və bu arada onu da xatırlatmaq yerinə düşərdi ki, son vaxtlar yalnız biz deyil, çoxsaylı media həmkarlarımız təhsil müəssisələri, bağçalarla bağlı münasibət öyrənmək istəyəndə bu müəssisələrin rəhbərlikləri tərəfindən kobudluqlarla qarşılaşırlar. Hətta belə desək, belə bir arzuolunmaz mühit Məşədi İbadın dediyi kimi, adətkərdə halını alıb. Ona görə də biz məhz həmin amili də şəxsimizə və peşəmizə hörmətsizlik olaraq qiymətləndirərək bu barədə yazmağa lüzum gördük.

Beləliklə, maraqlı nüans ondan ibarətdir ki , hörmətli Vüsalə Heydərovaya zəng edəndə o suallarımızdan yayınıb tamamilə söhbətin məğzini dəyişməyə çalışdı və bizim guya hansısa şəxsin “təlimatı” əsasında ona zəng etdiyimizi iddia etdi. Təbii ki, belə bir iddia və ittihamla qarşılaşmağımız təəccüb doğurdu. Axı bir direktorun şəxsi problemlərinin bağça problemlərinə hansı aidiyyatı ola bilərdi..?

Bu ittiham və iddialardan doğan növbəti qeydimiz isə belədir: Analoq.az saytı ölkədə kifayət qədər tanınan və informasiyalar yayan media resursudur və kimlərinsə şəxsi problemlərini deyil, ictimai, sosial və s. problemlərin işıqlandırılması, habelə dövlət maraqlarının qorunması, təbliğ edilməsi ilə bağlı işıq üzü görür, çoxsaylı oxucu auditoriyasının görüşünə gəlir. Belə ki, fəaliyyətimizi izləyənlər ən azından bizim qərəzli , sifarişli yazılar yazdığımızı və heç kimin sifarişini də icra etmədiyimizi də yaxşı bilir. Ona görə də hörmətli Vüsalə xanıma müraciət edərək xüsusilə vurğulayırıq- özünün də dediyi kimi saytımızda sifarişli yazı tapsa biz ondan təntənəli, eləcə də ictimai qaydada üzr istəməyi özümüzə borc bilirik!

O cümlədən, Vüsalə xanımın diqqətinə çatdırırıq və bir daha dönə-dönə ona xatırladırıq ki, mətbuatın işi cəmiyyətdə olan neqativləri, vətəndaşların üzləşdiyi çətinliklərin ictimailəşdirilməsi, müxtəlif problemlərin həlli yollarını axtarmaqdır. Xüsusilə, azad, demokratik, qərəzsiz və müasir standartlara söykənən KİV heç vaxt sifarişlə iş görmür, görə də bilməz. Bu müqəddəs peşənin prinsiplərinə ziddir və Analoq.az da daxil olmaqla heç bir ciddi media qurumu nüfuzuna kölgə salınmasını istəməz!

Ona görə də Vüsalə xanıma tövsiyə edərək deyə bilərik ki, əgər onun özünün hansısa problemləri mövcuddursa həmin problemlərini müvafiq tələb edilən zəruri yollarla həll etsin və qərəzsiz medianı şəxsi problemlərinə qarışdırmasın. Əlqərəz, mətləbə keçib daha maraqlı faktları təqdim etmək istəyirik. İlk yazını ictimailəşdirmədən əvvəl Vüsalə xanım bizimlə kobud danışdı. Ona verilən suallara cavab ala bilmədiyimizi nəzərə alıb bir anlıq düşündük ki, hər şey ola bilər, insanlıq halıdır, əsəbidir və s. Həmçinin, onu da düşündük ki, yəqin suallar da ona vaxtında verilməyib . Amma məqalədən sonra rəhbərlik etdiyi bağçası barəsində bəhs edilən problemlərlə bağlı yazdıqlarımıza aydınlıq gətirməsi, açıqlama verməsi, cavab haqqından istifadə etməsi yerinə yumşaq desək, daha da üstümüzə gəldi. Onun bizə ünvanladıqlarını da dəyərli oxucu auditoriyamızın ixtiyarınıza təqdim edirik:

Bir daha xatırladaq ki, sözügedən məqalədə bağçanın fəaliyyətinin qeyri-qanuni olduğunu qeyd etmişdik. Məqalə yayımlanandan dərhal sonra Vüsalə xanımın rəhbərlik etdiyi bağçasının fəaliyyətini dayandırdığını öyrəndik. Hətta bağçanın fəaliyyətinin niyə dayandırdığını özümüz də əyani şahidi olub yerində çəkiliş etdik.

İndi isə günün sualı: hərgah Vüsalə xanımım dediyi kimi bağçanın fəaliyyətində qanunsuzluq yox idisə, hər şey öz yolunda və qanunamüvafiq davam edirdisə, qanunazidlik halları mövcud deyildisə onda bağsa hansı səbəbdən və birdən-birə, anidən (!) fəaliyyətinə xitam verdi?
Biz isə hələ də bağsa müdirəsi Vüsalə Heydərovadan bir neçə gün əvvəl verdiyimiz sualların cavablarını gözləyirik. Suallarımız isə belədir: sözügedən təlim-tərbiyə müəssisəsində çalışan əməkdaşların, tərbiyəçi-müəllimlərin, aşpazların DSMF- fondunda qeydityatları varmı? Onlar mütəmadi olaraq tibbi müayinələrdən keçiblərmi?

Lakin bu suallar yalnız Vüsalə xanıma deyil, həm də dövlət nəzdində fəaliyyət göstərən, bilavasitə uşaq bağçaları, təlim—tədris müəssisələri ilə məşğul olan aidiyyatlı qurumlara da aiddir. Ümid edirik ki, Vüsalə xanımdan fərqli olaraq dövlət qurumlarına ünvanladığımız suallar bu dəfə də cavabsız qalmayacaq…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir, bizi izləyin.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button