Cəmiyyət

İcra başçısının qardaşı oğlu öldürülməyib – RƏSMİ

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Analoq.az xəbər verir ki, rayon sakini, əvvəllər məhkum olunmuş Cəbrayılov Səməd Surxay oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

S.Cəbrayılov yaxınlarının köməkliyilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağırdır.

Kütləvi informasiya vasitələrində S.Cəbrayılov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğlu kimi rayon rəhbərinə  qohumluq əlaqəsi kimi qeyd edilir. Redaksiyamız RİH aparatı ilə əlaqə saxlayıb, bu məsələ ilə bağlı araşdırma aparıb. Səməd Surxay oğlu Cəbrayılov Göyçay rayon İcra hakimiyyəti başçısı Mehdi İldırım oğlu Səlimzadəyə heç bir qohumluq əlaqəsi olmadığı deyildi. Rayon İcra Hakimiyyətindən  bildirildi ki, S. Cəbrayılov bir müddət əvvəl Göyçay Rayon Gənclər Mərkəzinin rəhbəri və İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb. Vəzifə səlahiyyətlərini aşma, rayon rəhbərinin adından öz şəxsi mənafeyi naminə istifadə, yalan vədlər verərək  vətəndaşları  aldatma, nizam-intizam qaydalarını pozduğuna görə tutduğu vəzifədən azad olunub. Sonradan özgə əmlakın mənimsəmə, oğurluq hadisəsinə görə cinayət işi qaldırılıb, hazırda icbari olaraq şərti azadlıqdadır.

Baş vermiş hadisəyə gəldikdə faktla bağlı araşdırma aparılır.//baxar.az//

Daha çox
Back to top button
Close