Siyasət

Keçmiş prezident iş axtarır

Polşanın keçmiş prezidenti, ölkədə kommunist dövrünün ilk müstəqil işçi təşkilatı olan “Solidarnost”un lideri, Nobel Sülh Mükafatına layiq görülən Lex Valesa iş axtarır.Analoq.az xəbər verir ki, sabiq prezident və bir zamanlar dünyanın ən populyar siyasətçisi adını alan Valesa internet saytlarından birində yaşı 50-ən yuxarı iş axtaranlar bölümündə elan verib.

Təcrübəli lider, böyük natiq, Nobel Sülh Mükafatı laureatı, 1990-1995-ci illərdə Polşanın prezidenti olan bu alicənab lider elanında qeyd edib ki, şirkətlərdə liderlik təhsili və təşviq iclaslarında iştirak edə bilər.

Ailə görüşləri zamanı qonaqlarla bir araya gələrək foto çəkdirə və imzalaya biləcəyini qeyd edən Valesa prezidentlər, krallar və papa ilə bir araya gəldiyini, onlarla müzakirələr apardığını xatırladıb. Bildirib ki, Polşa şirkətlərini inkişaf etdirmək üçün məlumat və təcrübəsini bölüşməyə hazırdır: “Polşa iqtisadiyyatının real dəyəri, dünyadakı poromosyonlara qatıla bilərəm”.

Sabiq prezident gündə 1-2 saatlıq iclas üçün minimum 20 min zlotiya (təxminən 5 min ABŞ dolları) istədiyini bildirib və bazarlığa açıq olduğunu deyib.

Xatırladaq ki, sabiq prezident Polşa mediasına verdiyi əvvəlki açıqlamaları zamanı moderator olaraq iştirak edəcəyi dünyanın müxtəlif ölkələrindəki görüşlərin və tədbirlərin koronavirus epidemiyası səbəbindən ləğv edildiyini, bu səbəbdən də maddi baxımdan çətin anlar yaşadığını bildirib.

Lex Valesa təqaüdünün 6 min zlota olduğunu, xanımının isə ayda 7 min zlotiya xərclədiyini bildirib. Ümumilikdə 7 uşaq və çoxlu sayda nəvələrdən ibarət böyük ailəyə sahib olan keçmiş prezident onları dəstəkləmək və kömək etmək məcburiyyətində qaldığını söyləyib.

Məlumat üçün qeyd edək ki, L. Valesa SSRİ-nin süqutundan sonra Polşanı savaş və müharibə olmadan qərbə yaxınlaşdıran, ölkədə inkişafın əsasını qoyan böyük şəxsiyyət kimi qəbul olunur. O, bu fəaliyyətinə görə, Nobel Sülh Mükafatına layiq görülüb. Dünyanın bir çox hüquq müdafiəçisi, siyasətçisi özünü onun məktəbinin yetirməsi hesab edir.reyting.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button