Dünya

Tayvanda güclü zəlzələ

Tayvanın şimal-şərq sahillərində 6,1 bal gücündə zəlzələ olub.

Analoq.az xəbər verir ki, zəlzələnin episentri İlan əyalətindən 86,5 kilometr məsafədə 53,2 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Xualyan, İlan, Taydun, Nantou, Yunlin rayonlarında və digər şəhərlərdə hiss olunub.

Zəlzələdə xəsarət alanlar və dağıntı barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.

Daha çox
Back to top button
Close