Ölkə

Azərbaycanda vəkil həbs edildi

Bakıda karantin rejimi qaydalarını pozan şəxs həbs edilib.

Analoq.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Nadirov Elçin Zahir oğlu karantin qaydalarını pozduğu üçün saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Xətai Rayon Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə keçirilən prosesdə Elçin Nadirov bir ay müddətinə inzibati qaydada həbs edilib.

Qərardan narazı qalan vəkil apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində onun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button