Ölkə

Benzinin qiymət dəyişikliyilə bağlı sözlərini danan deputat Nurlan Həsənovun SƏS YAZISI

Tarif Şurasının qərarı ilə yanvarın 5-dən etibarən Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin qiymətində edilmiş dəyişikliklə bağlı Yenicag.az-ın əməkdaşına açıqlama verən Milli Məclisin deputatı Nurlan Həsənov daha sonra saytımıza dediklərini danaraq “Yeni Çağ” Media Qrupunu onun sözlərini təhrif etməklə suçlayıb.

Nurlan Həsənov özünün “Facebook” hesabından paylaşım edərək, “Müsahibədə Almaniya ilə Azərbaycan müqayisə edilməmişdir! Sadəcə dünyada neftin qiymət artımına bağlı bütün ölkələrdə qiymət artımı ola biləcəyini bildirmişəm, o cümlədən Almaniyada! Məsələn dizelin qiyməti 11 sent artıb!

“Azərbaycanla müqayisədə Almaniyada neftin qiyməti xeyli yüksəkdir” başlıqlı xəbər feyk (yanlış) xəbərdir, fikirlərim tam təhrif olunub! Yeniçağ portalına qarşı ən qısa zamanda hüquqi prosedur başladacağıq!”, – deyə qeyd edib.

Dediyi sözlərin arxasında dura bilməyərək “Yeni Çağ” Media Qrupunun fəaliyyətinə kölgə salacaq iddialar səsləndirən deputat Nurlan Həsənovun diqqətinə çatdırmaq istərdik ki, ictimaiyyət qarşısında öhdəliyi olan şəxslərin böhtan və iftira xarakterli əsassız fikirlər bildirməsi qəbuledilməzdir və qeyri-peşəkarlığın göstəricisidir.

Qeyd edirik ki, Nurlan Həsənovun heç bir fikri əməkdaşımız tərəfindən təhrif olunmayıb, əksinə, olduğu kimi oxuculara çatdırılıb.

Nurlan Həsənovun saytımıza verdiyi açıqlamanın səs yazısını təqdim edirik:

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button