Ölkə

Kürdəmirdə yanğın hadisəsi baş verdi

Kürdəmirdə yanğın hadisəsi baş verib.

Analoq.az xəbər verir ki, hadisə Mərkəzi Poçt binasının zirzəmisində qeydə alınıb. Hadisə yerinə FHN-nin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Alovun tüstüsü binanı bürüyüb və yanğının söndürülməsinə çətinlik yaradıb. Lakin buna baxmayaraq yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Daha çox
Back to top button
Close