Dünya

Türkiyədə hərbçiləri daşıyan avtobus aşdı: Ölənlər var

Türkiyənin Mersin vilayətinin Mut rayonunda hərbçiləri daşıyan avtobus aşıb.

Analoq.az  “Milliyet”ə istinadən xəbər verir ki, qəza nəticəsində beş hərbçi ölüb, 10 hərbçi xəsarət alıb.

Ölənlərin arasında avtobusu idarə edən sürücü də var.

Yaralılar Mut rayonun mərkəzi xəstəxanasına çatdırılıb.

Qəzanın başvermə səbəbi hələlik məlum deyil

Daha çox
Back to top button
Close