Cəmiyyət

Xəbəriniz olsun: Sabahdan bu qadağalar ləğv olur — RƏSMİ

Nazirlər Kabinetin müvafiq Qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqusutun 10-u saat 00.00-dan etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısına aşağıdakılar əlavə edilir:

Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (İri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

maşın və avadanlıqların istehsalı;

elektrik avadanlıqlarının istehsalı;

kompüter, elektron və optik məhsulların istehsalı;

avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

sair nəqliyyat vasitələrinin istehsalı;

poliqrafiya məhsullarının istehsalı;

zərgərlik məmulatlarının istehsalı;

musiqi alətləri, idman mallarının istehsalı;
geyim istehsalı;

toxuculuq sənayesi;

ayaqqabıların istehsalı;

dəri və dəri məmulatlarının istehsalı;

tütün məmulatlarının istehsalı;

sair sənaye məhsullarının istehsalı.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button