Araşdırma

“Rüşvətə “yox” deyən”, ABŞ-da Oxumuş, Yeni Təhsil Naziri Emin Əmrullayev Əslində Kimdir?

“Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir”.

“Analoq.az” Bilgisel.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:“Bu gün siz Təhsil naziri vəzifəsinə təyin olunursunuz. Sizə çox böyük etimad göstərilir. Bu etimadı siz öz işinizlə doğrultmalısınız. Siz gəncsiniz, sizin təyinatınız, eyni zamanda, gənclərə göstərilən etimadın növbəti təzahürüdür”.

Emin Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.

2007-2015-ci illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kolumbiya Universitetindən məzun olub.

Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.

2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.

Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.

Bu gün prezidentin sərancamıyla Təhsil naziri təyin olunan Emin Əmrullayev 2007-2015-ci illər ” Xaricdə  Təhsil üzrə Dövlət Proqramı”  çərçivəsində ABŞ-ın məşhur Kolumbiya Universitetindən məzun olub.

Emin  Əmrullayevin təyinatından sonra  onun sosial şəbəkələrdə” TEDxBakı” platformasındakı çıxışı yayılıb. Sözügedən çıxışında yeni nazir bunları deyib: “Mən orta məktəbdə Dünya tarixini demək olar ki, keçməmişəm.Və bizim dərsliyimiz “Türkün Qızıl tarixi” idi . Mənim bu dərslikdən öyrəndiyim və mənim üçün yeganə dövlət Turan dövləti idi.  Yəni 19 yaşımda vətən anlayışım bu idi.”

O, qeyd edir ki, seçim öz əlimizdə olsa da, qəbul etməliyik ki, seçim həm də bizim düşdüyümüz mühitdən və tarixdən asılıdır.  Emin Əmrullayev bu çıxışda ilk səfərinin Özbəkistana olduğunu bildirir: “Mən orda gördüyüm hər insana qardaşlığımızdan danışırdım. Daha sonra gördüm ki, insanlar bu məsələdə mənim qədər maraqlı deyil. Bundan sonra isə mən Turan ölkəsi olan Azərbaycanı daha çox təmsil etməyə başladım, bu yöndə vətənpərvərliyimin inkişafı üçün çalışdım.  Azərbaycanın 11 iqlimdən 9- na sahib olmasından bəhs edirdim və  qarşılaşdığım adamlara salamlaşdıqdan sonra ilk Azərbaycanın  9 iqlimə sahib olması haqqında danışırdım”.

O,  Azərbaycanın qara qızılı, neft mədənlərindən, qara kürüdən, novruzun atributları olan paxlava və şəkərburadan,dolmadan (onu milli qeyrət məsələsi adlandırıb) bəhs edib.

Həmçinin sosial şəbəkələrdə yeni təhsil nazirinin prinsipial olduğu və universitet illərində “təhsildə rüşvətə yox” adlı kompaniya keçirib: “2008-ci il idi. Lənkəran Dövlət Universitetində dedilər gənclər Qoluna qırmızı lent bağla, “rüşvətə yox de!” sloqanı ilə yeni kampaniya başladıb. Kampaniya çox rahat idi, onu müxtəlif yerlərdə paylayırsan və ya yapışdırırsan. Bir də qola bağlamaq üçün qırmızı lent məsələsi var idi.

Bir dəfə qış sesiyası imtahanı zamanı idi.  İmtahana qırmızı lentlə girmişdim. Prorektor gəldi, dedi çıxardın bu lenti. Heç birimiz çıxarmadı. Durduq imtahan zalının hər yerinə stiker vurduq. Şüarı da çox qəşəng idi: “Qoluna qırmızı lent bağla ,rüşvətə yox de!”

Bu gözəl kampaniyanın rəhbəri isə “Aegee-Baku”dan -Emin Əmrullayev idi”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button