Siyasət

“İstanbulda terror təşkil edən güclər məqsədlərinə çata bilmədilər”

“İstanbul şəhərində terror təşkil edən güclər məqsədlərinə nail ola bilmədilər”.Analoq.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə terrorçulara qarşı mübarizəni davam etdirir. XİN başçısı terrorla mübarizədə Türkiyəyə heç kimin mane ola bilməyəcəyini vurğulayıb.

Çavuşoğlu terrorçulara qarşı hərbi əməliyyatların səngimədiyini, hazırda Suriya və İraqda əməliyyatların davam etdirildiyini bildirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button