Cəmiyyət

“Biləsuvar susuzdur”-MİLLƏT VƏKİLİ HƏYACAN TƏBİLİ ÇALIR

“Biləsuvar susuzdur, Milli Məclisin yaz sessiyasında bu məsələ tərəfimizdən Parlamentin iclaslarında dəfələrlə gündəmə gətirilib, rəsmi olaraq bütün orqanlara məktublar göndərilib, ayrı-ayrı dövlət məmurları ilə ikitərəfli müzakirələr aparılıb”

Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Facebook” sosial şəbəkəsində qeyd edib.

Millit vəkili daha sonra bildirib ki, Biləsuvara kömək lazımdır. Bəli, digər rayonlarda su problemi var, lakin, Biləsuvarın vəziyyəti tam fərqlidir. Tam məsuliyyətimlə bəyan edirəm ki, Biləsuvarda olan su qıtlığı digər heç bir rayonda yoxdur. Qonşu rayonlardan, suyu azalsa da çaylar keçir. Biləsuvarda isə heç bir təbii su qaynağı yoxdur.

Əgər ölkədə su problemi həll olunacaqsa, inanırıq ki, olunacaq, məsələyə Biləsuvardan başlamaq lazımdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button