Ölkə

“Azərbaycan gənclərinə ürəyim ağrıyır”- Millət vəkili gənclərin işsizlik problemindən yazdı

Milli Cəbhə Partiyasının sədri,millət vəkili Razi Nurullayev “Facebook” profilində gənclərin işsizlik problemini ifadə edən status paylaşıb.Analoq.az həmin statusu olduğu kimi təqdim edir:

Azərbaycanda nəinki gənc nəsil, orta yaşlılar arasında da işsizlik problemi geniş yayılıb. Sərt karantin rejiminə görə də iş yerləri azalıb, təşkilatlar iflas səviyyəsinə çatıb. Mən sərt karantin rejimini ilk günlərdən bəyənməmişəm. Hökumətin sərt karantinə getməklə pandemiyanın qarşısına almağa çalışırdı. Amma daha böyük problemlər ortaya çıxdı. İnsanlar narazıdır, bütün pulları, dar gün üçün saxladıqları vəsaitlər bitib.
İqtisadiyyat, turizm sıradan çıxıb. Insanlar arasında psixoloji problemlər də çoxalır. Bu da özlüyündə gənclərin də işsizlik problemlərini artırır. Bu işin arxasında dayananlar cənab prezidentə yanlış rəy veriblər.

Pandemiya ilə də bağlı çölə çıxmayın, öləcəksiniz, cərimələyəcəyik, həbs edəcəyik, nə bilim nə. Belə də təbliğat olar?

Kiçik, orta və böyük müəssisələr bankrot həddinə çatıbsa, işsizliklə bağlı mənzərə də qaçılmazdır. Bir müəssisənin 100 nəfər işsizi varsa, onun 80 nəfəri öz hesabına məzuniyyətə buraxılıbsa, biz necə vəziyyətin yaxşı olduğunu deyə bilərik?

Azərbaycan gənclərinə ürəyim ağrıyır. İşləyirlər, amma aldıqları əməkhaqqı çox aşağıdır. İnsanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün gəlirli, stabil iş yerləri olmalıdır. Gənclərin yarıdan çoxu daş hörgü edir, sement qarışdırır. Yarısı Qaradağda ”KamAZ”lara daş yükləyir. Bu daşlarla da Azərbaycanı hasara bürüyürlər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button