Aktual

Qaxda narkomaniyaya qarşı mübarizə tədbiri keçirilib – FOTO

Demokratiya və İnsan Hüquqları Komitəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirtdiyi “Narkomaniyaya qarşı mübarizə cəmiyyətin tələbidir” adlı maarifləndirici tədbirlərin təşkili layihəsinin ilk tədbirini Qax rayonunda həyata keçirib.Təşkilatdan analoq.az-a verilən məlumata görə, tədbir zamanı gənclərə bu mövzuda ətraflı məlumatlar verilib. Təlimçi, həkim-narkoloq Ayxan Bağırov və Qax rayon Polis İdarəsinin nümayəndəsi Nicran Ömərov iştirakçılarla mövzu ilə bağlı səmimi müzakirələr aparıblar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button