Siyasət

Son hadisələr Ermənistanın məğlub olduğunu göstərtdi

Azərbaycanla iyul döyüşlərində məğlub tərəfin özü olduğunu bir daha anladan Ermənistan çıxılmaz vəziyyətdə olması artıq göz önündədir.

Türkiyə, Pakistan, Ukrayniya, İsrail, hətta ABŞ kimi bir çox supergüc dövlətləri Azərbaycana dəstək verdiyini, Ermənistanı işğalçı dövlət adlandırdıqlarını rəsmən ermənilərə bəyan etdilər.

Rusiyanın vassalı olan dövlət çox yaxşı dərk edirki, “Sahibi” olmazsa ayaqaltında əzilər.Lakin son illərdə Paşinyan tərəfindən Rusiyaya qarşı soyuq münasibətin olduğu aydın görünür.

Paşinyanın qərbə olan meyli, və bu yöndə atdığı iri addımlar “sahib”i tərəfindən xoşgörülmür.

Türkiyənin Azərbaycanda hərbi təlimlərin keçirtməsi, Türkiyəyə məxsus PUA -ların Erməni səmalarında üçması, bir çox dövlətlərin Ermənistanı qınaması, sübut edir ki, Vassal dövlət sahibi tərərfindən çox yaxşı himayə edilmədi.Əlbəttə bunun da səbəbi var.

Ermənistanın dönük bir dövlət olduğunu artıq rəsmi Kreml də yaxşı anlayır,və bilir ki, Ermənistan şərait yaransa hətta Qərbin himayəsinə belə keçər .Onun üçün tədbirini əldən vermir.

Ermənistanda rus dilinə qarşı olan soyuqluq, Qərbə olan müsbət fikirlər axır vaxtlar daha da çoxalıb. Burdan belə nəticə çıxarmaq olar ki, Ermənistan nə zaman himayədarının sözündən çıxırsa, o zaman da göz dağı verilir.

Paşinyan güclü lider deyil, bunu Ermənistanın özü də yaxşı anlayır.Paşinyanın bir lider xüsusiyyətlərinə malik olmadığı “Valday” konfransında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aşkar göstərildir.

Ermənistanın Qərbə olan meyli riyakar, yalançı lobbilərinin təhriki ilə əlaqədərdir.

Dünya mediyası Ermənistanın işğalçı dövlət olduğunu, terror qruplarına malik olduğunu, yalançı dövlət olduğunu çox yaxşı anlayır.Lakin bu dövlətdən kukla kimi istifadə edirlər.

Elman Vəliyev

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button