Redaktor seçimi

2 avqust Azərbaycan kinosu günüdür-ARAŞDIRMA

Dekabrın 28-də dünyada Beynəlxalq Kino Günü kimi qeyd olunur. Azərbaycanda isə bu əlamətdar gün avqustun 2-si qeyd olunur.
Kino həm də böyük siyasi gücə malikdir. Kinonun köməyi ilə kütlələrə təsir etmək əhəmiyyətli məsələdir.

Ümummillilider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur

Bu il Azərbaycan kinosunun yaranmasının 122 ili tamam olur. Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir. Bu il 122-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Azərbaycan kinosu böyük tarixə malikdir.
Sovet dövründə Azərbaycan kinosunun tarixi 1916-cı ilin 14 mayında nümayiş etdirilən “Neft və milyonlar səltənəti” adlı bədii filmdən hesablanırdı.

Hətta Azərbaycan Xalq Cümhuriyyəti dövründə də hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinomatoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinomatoqrafiya və teatr qulluqçuları Şurası” nda birləşiblər

Azərbaycanın sovetləşməsindən sonra Rusiyadan Bakıya kinomatoqrafçılar ezam olunur. 1924-cü ildə sovet Azərbaycanının ilk filmi -“Bayquş” çəkilir.

Kino tariximizdə mühüm adlardan olan A.M. Şərifzadə səssiz filmlərimizin ilk milli kinorejissorudur. Ekran əsəri 1926-cı il aprelin 24-də Moskvada da nümayiş olunub.

1935-ci ildə isə Azərbaycanda ilk səsli film çəkilir. “Mavi dənizin sahilində” adlanan filmin rejissoru Boris Barnet, operatoru Mixail Kirillovdur.

Kino tariximizdə ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib.

“Azərbaycanfilmində” indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə” , “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

Azərbaycanda hər bir Sahəyə, Sənətə, Əməyə qiymət verilib, verilir, veriləcək də.

Elman Vəliyev
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button