Ölkə

Ayın 15, 16, 17-si -Əhaliyə qəti xəbərdarlıq edildi, yanvarın -Xəbər az öncə gəldi

Bakıda və Abşeron yarımadasında yanvarın 14-ü axşam, 15-i gün ərzində yağıntıda gözlənilən fasilədən sonra 15-dən 16-na keçən gecə az yağıntılı, 16-sı axşamdan 17-si axşamadək isə yağıntılı olacağı, sulu qara keçəcəyi ehtimalı var.Analoq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda deyilir.

Bildirilir ki, fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Güclü cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.

Azərbaycanın rayonlarında yanvarın 14-ü axşam, 15-i gün ərzində gözlənilən fasilədən sonra 15-i axşamdan 16-sı gündüzədək bəzi yerlərdə, 16-sı axşamdan 17-si axşamadək isə əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Yaxın günlər ərzində fasilələrlə güclü cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq. Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək.

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button