Hadisə
Bakıda dəhşətli qəza: Avtomobil iki yaşlı körpənin üstündən keçdi
Bakıda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Analoq.az”ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Yeni Günəşli qəsəbəsində avtomobil 2018-ci il təvəllüdlü Məmmədli Ömür Asim qızının üzərindən keçib.
Ağır bədən xəsarətləri alan 2 yaşlı körpə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarnın küt travması, çanaq sümüklərinin sınıqları diaqnozları qoyulub.
Ö.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.//Report//
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]