Ölkə

Bakıda dənizdə batan şəxsin meyiti tapıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) bir nəfərin batması barədə məlumat daxil olub.

Analoq.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1989-cu il təvəllüdlü Baloğlanov Zaur Faiq oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha çox
Back to top button
Close