AktualBannerElm və təhsil

Direktor Bahar Kərimova sayt rəhbərini təhdid etdi – TN VƏ DİN-Ə MÜRACİƏT

Ötən yazılarımızda Analoq.az saytı olaraq Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 3 nömrəli xüsusi internat məktəbinin direktoru Bahar Kərimovanın məlum əməlləri haqqında informasiya vermişdik.

Həmin linkəri təqdim edirik :

https://analoq.az/aktual/24098/t%C9%99hsil-mill%C9%99tin-g%C9%99l%C9%99c%C9%99yidir-b%C9%99s-g%C9%99l%C9%99c%C9%99yimizi-pozanlar-kiml%C9%99rdir/

https://analoq.az/banner/24450/3-nomr%C9%99li-xususi-internat-m%C9%99kt%C9%99bi-faktlar-t%C9%99sdiqini-tapir-direktor-bahar-k%C9%99rimova-niy%C9%99-media-qarsisina-cixmir/

İndi isə növbəti bir faktı diqqətinizə çatdırırıq: belə ki , 3 saylı xüsusi internat məktəbinin direktoru Bahar Kərimovanın sifarişini yerinə yetirən Emin İsayev sosial şəbəkələrdə ünvanımıza şər -böhtan, ittiham yağdırır.

Sosial şəbəkələrdə yayılan görüntülərdə direktorun avtomobilinə ərzaqların və ya işçilərinə dedirtdiyi kimi yuyucu vasitələrin yığılması görüntüsü yayılmışdı.

Xatırladaq ki , direktorun və əlaltılarının bu iddiaları öz təsdiqini tapmadı. Yəni məhsulların bir korpusdan digərinə daşınması barədə deyilənlər isbata yetirilmədi.

Təəssüf ki , Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəbdə yoxlamalar aparsa da ictimaiyyətə nəticələr haqqında heç bir məlumat verilmədi. Ola bilsin ki , araşdırmalar başa çatmayıb. Bu baxımdan nazirlikdən açıqlama veriləcəyinə ümid edirik.

Digər tərəfdən, bu yuyucu vasitələrin daşınmasında da Emin İsayevin orada olduğu bildirilir. Amma məktəbdən verilən məlumata görə Emin İsayev o daşınmada iştirak etməyib.

Biz əgər Bahar Kərimovaya şər atırıqsa bəs Bahar Kərimova gecəylə niyə dəfələrlə tanımadığım bir jurnalistə zəng etdirib bizə yazının silinməsi üçün rüşvət təklif edirdi?

Məktəbdə müəllimlərin direktora qarşı etirazları da şər-böhtan deyil.

Emin İsayevin eləcə də “Space ” televiziyası vasitəsilə çıxış edən Reyhan İsayeva və direktor müavini Elman Məmmədov nəyə görə bu qədər canfəşanlıq göstərməklə özlərini Bahar Kərimovaya qurban verirdilər?

Ən anlaqsız insan buradan belə bir nəticə çıxara bilər ki, hər üç nəfərin Bahar Kərimovaya “vəfa borcları” var. Daha dəqiq desək asılıdırlar.

Əldə etdiyimiz daha bir məlumata görə keçmiş Təhsil Naziri Ceyhun Bayramovun fəaliyyəti dövründə Bahar Kərimova haqqında prokurorluğa şikayət olunmuşdu.

Beləliklə , Analoq.az saytının rəsmi YouTube hesabında yayılan həmin görüntülərə Emin İsayevin şər-böhtan xarakterli və Bahar Kərimovanı müdafiə edən istiqamətindəki şərhindən də aydın görünür ki, əslində od olmayan yerdən tüstü çıxmaz.

Emin İsayevin barəmizdə yazdığı şərlə bağlı 04.02.2021 -ci il tarixində direktor Bahar Kərimovaya zəng edib məlumat verdik. Növbəti dəfə direktor tərəfindən ittihamlara, hədə – qorxuları məruz qaldıq. Bununla da ürəyi soyumayan Bahar Kərimova yenidən redaksiyamıza zəng edərək birnəfəsə hədə- qorxu gələrək, məktəbdə aparılan yoxlamaların əsassız olduğunu , heç bir nöqsanın tapılmadığını, Təhsil Nazirliyinin yoxlama aparmasını da boş və mənasız hesab edib istehzalı şəkildə deyib telefonu üzümüzə bağladı.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə xüsusi internat məktəbində çoxsaylı, hətta cinayət tərkibli nöqsanlar aşkar edilib.

Analoq.az saytı olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə direktor Bahar Kərimovanın fəaliyyətinin dərindən araşdırmasını və ictimaiyyətə məlumat verməsini xahiş edirik. Eyni zamanda sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edərək qeyd edilən faktlara hüquqi qiymət verilməsini təvəqqe edirik.

P.S Maraqlıdır ki , ölkəmizdə söz və ifadə azadlığının qorunması , informasiyanın əldə edilməsi azadlığı mövcuddur. Bahar Kərimova və onun komandası isə bizə qarşı açıq – aşkar hücumlara keçir, təhdidlər edir , hətta hədə-qorxular gəlir. Bizim işimiz cənab Prezident İlham Əliyevin də vurğuladığı və tövsiyə etdiyi kimi ictimai nəzarəti həyata keçirmək , müvafiq strukturları məlumatlandırmaqdır.

Analoq.az saytının təsisçisi Savalan Talıblı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 5]

Back to top button