Digər

Ədviyyatların bilinməyən FAYDALARI

Qədim dövrlərdən bəri şəfa üçün istifadə edilən ədviyyatlar bu gün bir çox xəstəliyə qarşı qoruyucu təsir göstərə bilir və ya xəstəliyin əlamətlərinin azalmasında dəstəkləyici rol oynayır. 

Analoq.az News24.az saytına istinadən xəbər verir ki, mütəxəssislər ədviyyatları istehlak edərkən bəzi məqamları nəzərə almalı olduğumuz barədə xəbərdarlıq edir.

Siyahını təqdim edirik:

Darçın 

Darçın qaşınma əleyhinə dezinfeksiyaedici və antiseptik xüsusiyyətlərə malik xoş ətirli və ləzzətə sahib olan sağlam bir ədviyyatdır. Tip 2 diabetli xəstələr gündəlik 1 çay qaşığı darçın içərək şəkər, “trigliserid” (TG) və ümumi xolesterollarını azalda bilərlər. Çox miqdarda darçın istehlak edilməsi tövsiyə olunmur.

Zəncəfil

Xüsusilə, tərkibindəki güclü bir antienflamatuar və antioksidant təsirə sahib “gingerol” maddəsi sayəsində zəncəfilin sağlamlığa bir çox faydası var. Əzələ ağrılarını aradan qaldırmağa köməkçi olur, qan şəkərinin tarazlayır. Həzmi dəstəkləyən və qripdə müsbət təsirlərə sahib zəncəfili gündə təxminən 1 çay qaşığı qədər istehlak edə bilərsiniz. Ancaq mütəxəssislər qadınların hamiləlik dönəmində zəncəfil istehlakını təklif etmir.

Zirə

Zirə antik dövrlərdən bəri şəfalı bitki kimi istifadə olunur. Türk, latın, hind və ərəb mətbəxinin ayrılmaz hissəsidir. İmmunitet sisteminə, ürək-damar sağlamlığına və diabetə müsbət təsir göstərir. Qara zirə toxumu protein, karbohidratlar, minerallar və yağ turşuları da daxil olmaqla 100-ə yaxın müxtəlif kimyəvi maddələrdən ibarətdir. Həddindən artıq çox istifadəsi isə tövsiyə olunmur.
Zəfəran

Parfümeriya, dəri maskaları, dərman və müalicəvi bir ot kimi istifadə olunur. Zəfəran güclü bir antioksidantdır. Depressiv simptomları azaldır. Xərçəng əleyhinə təsir göstərə bilər. Çəki atmağa yardım edir. Ürək xəstəliyi riskini aşağı salır. Qan şəkərinin səviyyəsini minimuma endirir. Alzhaymer xəstələrində yaddaşı gücləndirir. Ancaq körpəyə mənfi təsirləri səbəbindən hamiləlik dövründə istehlak etmək tövsiyə edilmir. Sağlam insanlarda zəfəran istehlakı 1 çay qaşığından artıq olmamalıdır.

Nanə

Təzə və ya qurudulmuş istehlak edilə bilən nanə həzmə faydalıdır. Mədəaltı vəzi, sinə və qaraciyər şiş inkişafını ləngidə bilir. Kolon, dəri və ağciyər xərçənglərinin qarşısını almağa kömək edir. Nanəni limonla qaynadıb, ürək bulanmaya qarşı istifadə edə bilərsiniz. Bundan əlavə, nanə mikrob əleyhinə təsir göstərir. Qatıq, desert, salat və ya yeməyə nanə əlavə etməklə onun sağlam təsirindən faydalana bilərsiniz. Bununla birlikdə, reflüks xəstəliyi olanlara nanə istehlak etmək tövsiyə edilmir.

Daha çox
Back to top button
Close